İDMAN


Leroy Sanenin Almaniyanın “Bavariya” komandasına keçidi rəsmiləşib

Leroy Sanenin Almaniyanın “Bavariya” komandasına keçidi rəsmiləşib

Bakı, 3 iyul, AZƏRTAC

İngiltərənin “Mançester Siti” futbol klubunun hücumçusu Leroy Sanenin Almaniyanın “Bavariya” komandasına keçidi rəsmiləşib.

AZƏRTAC xəbər verir ki, 24 yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb. O, gələn həftədən yeni komandası ilə məşqlərə başlayacaq.

Almaniya mətbuatı bu transfer üçün Münhen klubunun İngiltərə təmsilçisinə bonuslarla birgə ümumilikdə 60 milyon avro ödəyəcəyini yazıb. L.Sanenin yeni klubundakı illik gəliri isə 17 milyon avroya yaxın olacaq.

Qeyd edək ki, almaniyalı futbolçu 2016-cı ildən çıxış etdiyi “Mançester Siti”də 135 matçda 39 qol vurub və 45 məhsuldar ötürmə edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.