İDMAN


“Lester Siti” tarixində ilk dəfə İngiltərə kubokunun qalibi olub

Bakı, 15 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 15-də futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin həlledici görüşündə “Lester Siti” və “Çelsi” klubları üz-üzə gəlib.

"Lester Siti" Londondakı "Uembli" stadionunda 21 min tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda "Çelsi"yə minimal hesabla qalib gəlib - 1:0.

Oyunda yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

Beləliklə, "Lester Siti" tarixində ilk dəfə İngiltərə kibokunun qalibi olub. "Tülkülər" kuboku əldə edən 44-cü komanda olub. Əvvəlki dörd finalda “Lester Siti” məğlubiyyətlə üzləşiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.