İDMAN


“Lester Siti” yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb

Bakı, 18 yanvar, AZƏRTAC

İngiltərənin “Lester Siti” futbol klubu yarımmüdafiəçi Mark Olbrayton ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı ingilis futbolçu klubla müqaviləni 2022-ci ilədək uzadıb.

Yarımmüdafiəçi 2014-cü ildə “Aston Villa” komandasından “Lester Siti”yə transfer edilib. 2016-cı ildə İngiltərə Premyer Liqasının çempionu olub. Cari mövsümdə futbolçu 26 oyunda üç qol vurub və dörd məhsuldar ötürmə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.