ELM VƏ TƏHSİL


Lester Universiteti AzMİU-nun əcnəbi vətəndaşların hazırlığı fakültəsinin akkreditasiyasını təsdiqləyib

Bakı, 30 oktyabr, AZƏRTAC 

Böyük Britaniyanın Lester Universiteti tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əcnəbi vətəndaşların hazırlığı fakültəsinin akkreditasiyası təsdiqlənib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, bununla əcnəbi vətəndaşların hazırlığı fakültəsində təhsil alan tələbələr proqramın sonunda Lester Universiteti tərəfindən təsdiq olunmuş sertifikat əldə edəcəklər. Bu ildən etibarən əcnəbi tələbələrlə birlikdə yerli tələbələr də bu fakültədə təşkil olunan dərslərdə iştirak edirlər. Akkreditasiyanın təsdiqi bu il oktyabr ayının əvvəllərində Lester Universitetinin Elmi Şurasının nümayəndəsi McPherson Alistairin hazırladığı son hesabata əsasən reallaşıb. Nəticədə Lester Universitetinin Elmi Şurasının qərarı ilə akkreditasiya təsdiq olunub və əməkdaşlıq haqqında razılıq əldə edilib.

Xatırladaq ki, akkreditasiyanın həyata keçirilməsi üçün hər iki universitet arasında 2017-ci ilin dekabrında razılıq əldə edilib. AzMİU-nun əcnəbi vətəndaşların hazırlığı fakültəsinin Lester Universitetinin müvafiq fakültəsinin tələblərinə cavab verməsi üçün keçən 2 il ərzində müntəzəm olaraq bir sıra işlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.