ELM VƏ TƏHSİL


Lester Universitetinin mütəxəssisi AzMİU-da təlimlərə başlayıb

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əcnəbi dillər kafedrasının ingilis dili müəllimləri üçün Böyük Britaniyanın Lester Universitetinin mütəxəssisi Daqmara Qrabas tərəfindən 1 həftəlik təlimlərə başlanılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təlim “British Council” təşkilatının “Creative Spark” layihəsi çərçivəsində aparılır. Əsas məqsəd ingilis dili müəllimlərinin metodoloji qabiliyyətlərinin inkişaf etdirilməsi, bu sahədə Böyük Britaniya təcrübəsindən istifadə olunması və yeni metodların tədrisdə tətbiqidir.

Qeyd edək ki, AzMİU və Lester Universiteti birlikdə bir sıra layihələrə imza atıb. Əməkdaşlıq nəticəsində əcnəbi vətəndaşların hazırlığı fakültəsinin akkreditasiyası aparılıb, müəllimlər üçün hər iki universitetdə bir sıra təlimlər təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.