CƏMİYYƏT


Lesya Mudrak: 650 min ağac əkmək təşəbbüsü dövlət xadimləri və ictimai xadimlər üçün nümunədir

Kiyev, 7 noyabr, AZƏRTAC 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu il Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi barədə təşəbbüsü bütün dünyada dövlət xadimləri və ictimai xadimlər üçün nümunədir.

Tanınmış ukraynalı ictimai xadim, şair və tərcüməçi Lesya Mudrak bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

L.Mudrak daha sonra əlavə edib ki, öz genişəhatəli fəaliyyəti ilə Azərbaycan tarixini, onun mədəni irsini populyarlaşdırmağa yönəlmiş qlobal layihələr reallaşdıran Mehriban xanımın bu təşəbbüsü ulu Nəsiminin mədəni irsi barədə dünyanı məlumatlandırmaq, planetimizin gələcəyinin daha uğurlu olması istəyinin ifadəsidir.

Şair deyib: “Mənim fikrimcə, Mehriban xanımın nəcib layihələrinə görə biz ona minnətdar olmalıyıq və öz tərəfimdən düşünürəm ki, biz də bu təşəbbüsə sevinclə qoşulardıq. Kreativ, qeyri-ənənəvi təfəkkür insanı heyran edir”.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu il noyabr ayında bir gün ərzində 650 min ağac əkiləcək. Bu təşəbbüs dahi şairin irsini təbliğ etməklə yanaşı, həm də insanları, xüsusən gənc nəsli ətraf mühiti qorumağa, ekoloji problemlərin həlli üçün səyləri birləşdirməyə çağırılır.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.