REGİONLAR


Lətifə Cavadova: Azərbaycan əsgəri qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrilib

Lənkəran, 20 noyabr, Bağır Əliyev, AZƏRTAC

30 ildir işğal altında olan əzəli torpaqlarımız-Qarabağın şəhər və qəsəbələri, yüzlərlə kənd, strateji yüksəkliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandalığı ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi...

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində lənkəranlı ziyalı, ingilis dili müəllimi Lətifə Cavadova bildirib.

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə sinəsini düşmən gülləsinə sipər edən, qəhrəmancasına həlak olan şəhidlərimizə rəhmət diləyən lənkəranlı ziyalı, torpaq sevgisi ilə qəlbləri çırpınan və canından keçən, qələbə sevincini xalqımıza yaşadan döyüşçülərimizin igidliyini sözlə ifadə etməyin çətin olduğunu vurğulayıb.

O deyib: - “Vətən sevgisi, Vətənin namusunu qorumaq igidlərimizin qanına, canına hopub. Onlar şanlı qələbələri ilə tarix yazdılar, Vətən həsrəti, Vətən sevgisi ilə yaşayan qəlblərə məlhəm oldular, 30 illik yaraları sağaltdılar, Vətən həsrətinə, nisgilinə son qoydular. Torpaq uğrunda canından keçən şəhidlərin məzarları sabaha uzanan qollarımızdır...”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.