İDMAN


Lev Yaşin futbol tarixinin ən yaxşı qapıçı seçilib

Bakı, 14 fevral, AZƏRTAC

Dünyanın nüfuzlu idman nəşrlərindən olan “France Football” jurnalı futbol üzrə SSRİ yığmasının və Moskvanın “Dinamo” komandasının üzvü Lev Yaşini futbol tarixinin ən yaxşı qapıçı seçib.

AZƏRTAC xəbər verir ki, ilk üçlükdə ingiltərəli Qordon Benks və italiyalı Dino Zoff yer alıblar. İtaliyalı daha bir qolkiper, hazırda “Paris Sen-Jermen”də çıxış edən Canluici Buffon isə dördüncü pillədə qərarlaşıb. Buffon hazırda yaşıl meydanlarda çıxış edən qapıçılar arasında liderdir. Almaniyalı qapıçı Manuel Noyer beşinci, ispaniyalı İker Kasilyas isə səkkizincidir.

Lev Yaşin yeganə qapıçıdır ki, “Qızıl top”a sahib olub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə “Dinamo” klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədov, 1966-cı il dünya çempionatında isə Anatoli Banişevski ilə birgə heyətdə yer alıb. Futbolçu 1986-cı ildə Olimpiya ordeninə və iki il sonra FIFA-nın qızıl ordeninə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.