SİYASƏT


Levan İzoria: Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli formatda səmərəli əməkdaşlıq edirlər

Tbilisi, 17 may, AZƏRTAC

Azərbaycan ilə Gürcüstanın ərazi bütövlüyü pozulub. Hər iki ölkənin ərazilərinin 20 faizi işğal olunub. Biz torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq üçün beynəlxalq təşkilatlarda birgə iş aparırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın müdafiə naziri Levan İzoria söyləyib.

Nazir deyib ki, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü məsələsi Tbilisidə keçirilən Cənubi Qafqazda Təhlükəsizlik Forumunda da müzakirə olunub. Ekspertlər, hüquq müdafiəçiləri, siyasətçilər bizim haqlı mövqelərimizi müdafiə ediblər.

L.İzoria Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli formatda müdafiə sahəsində əməkdaşlığına da münasibət bildirib: “Biz üç dövlət olaraq üçtərəfli formatda səmərəli əməkdaşlıq edirik. Bir neçə dəfə nazirlər səviyyəsində görüşlərimiz olub. Çox mühüm qərarlar qəbul etmişik, birgə hərbi təlimlər və digər tədbirlər keçirmişik. Yaxın vaxtlarda Türkiyədə yeni görüşümüz olacaq. Bu görüşdə də çox vacib məsələləri müzakirə edəcəyik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.