DÜNYA


Levan İzoria: Gürcüstan ABŞ-dan yeni silah və hərbi texnika alacaq

Tbilisi, 2 noyabr, AZƏRTAC

Gürcüstan ABŞ-dan silah və hərbi texnika almağı davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın müdafiə naziri Levan İzoria çıxış edib. O deyib: “ABŞ-ın tank əleyhinə “Javelin” raket sistemini Gürcüstana verməsi çox mühüm hadisə idi. ABŞ-ın müdafiə naziri Ceyms Mettis mənə bildirib ki, Pentaqonda belə qərarlar yalnız xüsusi etibar qazanmış ölkələrlə bağlı qəbul olunur. ABŞ-Gürcüstan münasibətləri görünməmiş dərəcədə yüksək səviyyəyə çatıb. Bu da bizə ABŞ-dan başqa növ silah-sursat və hərbi texnika almağı davam etdirməyə imkan verir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.