MƏDƏNİYYƏT


“Leviafan” filmi son on ilin “Ən yaxşı filmlər”i siyahısına daxil olub

Bakı, 7 dekabr, AZƏRTAC

“The Hollywood Reporter” jurnalının kinotənqidçisi Tod Makkarti rusliyalı rejissor Andrey Zvaqintsevin çəkdiyi “Leviafan” filmini son on ilin ən yaxşı filmləri siyahısına salıb.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, kinotənqitçi birinci yeri “Karlos” (2010) serialına verib.

T.Makkarti yazır: “A.Zvaqintsevin möhtəşəm alleqoriyası son zamanlar qərbdə görünməyən bir sənət əsəridir. Filmdəki ustalıq, cəsurluq və güc insanın qəlbinə toxunur”.

Siyahıda ikinci yeri “Sosial şəbəkə” (The Social Network, 2010), üçüncü yeri isə “Lyui Devisin daxili aləmi” (Inside Llewyn Davis. 2012) filmləri tutur. Digər yerlərdə müvafiq olaraq “Only Lovers Left Alive” (2014), “Agassi” (2016), “Once Upon a Time in Hollywood” (2019), “Brooklyn” (2015), “Mad Max: Fury Road” (2015) və “The Gatekeepers” (2012) filmləri qərarlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.