İDMAN


Levis Hemilton Formula 1 üzrə dünya çempionatının növbəti Qran-Prisinin qalibi olub

Vyana, 12 iyul, AZƏRTAC

Bu gün Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümündə ikinci yarışması keçirilib. “Mercedes" komandasının pilotu, britaniyalı Levis Hemilton yürüşün qalibi olaraq, peşəkar karyerasında 85-ci dəfə mükafat kürsüsünün ən yüksək pilləsinə çıxıb.

AZƏRTAC xəbər verir ki, Ştiriya Qran-Prisində ikinci yerdə onun komanda yoldaşı Valtteri Bottas qərarlaşıb, üçüncü yerdə isə “Red Bull” pilotu Maks Verstappen finiş xəttini keçib.

“Ferrari" komandası Ştiriya Qran-Prisində uğursuz seriyasını davam etdirib, komandanın hər iki üzvü – Sebastian Fettel və Çarlz Lekler yürüşü vaxtından əvvəl dayandırmalı olublar. Hazırda bu komandanın bolidləri texniki cəhətdən tələblərə tam cavab vermir, eyni zamanda, S.Fettel və şirkət rəhbərliyi arasında gərginlik nəticələrə mənfi təsirini göstərir.

Qeyd edilməlidir ki, 35 yaşlı L.Hemiltonu Qran-Pri qalibiyyətləri marafonunda Mixael Şumaxerdən cəmi altı qələbə ayırır. Alman pilot indiyədək 91 dəfə kürsünün ən yüksək pilləsinə qalxmaqla dünya rekordunu özündə saxlayır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.