SİYASƏT


Leyla Abdullayeva: ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar, onların mümkün nəticələri ekspertlərimiz tərəfindən araşdırılır

Bakı, 6 noyabr, AZƏRTAC

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə bağlı Azərbaycanın mövqeyi, həmçinin sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirinə dair AZƏRTAC-ın sualını cavablandırıb.

- Noyabrın 5-dən etibarən ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minib. Azərbaycanın bu sanksiyalara münasibətdə mövqeyi nədən ibarətdir? Həmçinin sanksiyaların Azərbaycan iqtisadiyyatına təsiri olacaqmı?

- İran Azərbaycana yaxın qonşu ölkədir və bir çox sahələrdə mühüm tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir. Bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.