SİYASƏT


Leyla Abdullayeva: Ermənistan XİN-nə üçtərəfli Birgə bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik

Bakı, 16 iyun, AZƏRTAC

Əvvəlcə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan Xarici İşlər Nazirliyinin həddi deyil. Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan XİN-i Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərini sülh və təhlükəsizliyə təxribat kimi qiymətləndirməsinə və “Türk-Azərbaycan təcavüzü” ifadəsini işlətməsinə münasibət bildirərkən ifadə edib.

Leyla Abdullayeva bildirib: “Ermənistan XİN-nə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış Birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.