MƏDƏNİYYƏT


Leyla Əliyevanın şeirləri Çili ədəbiyyat jurnalında

Bakı, 11 may, AZƏRTAC

Çilinin populyar “Ærea. İspan – Amerika poeziyası” (“Ærea. Revista Hispanoamericana de Poesía”) jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində istedadlı Azərbaycan şairi Leyla Əliyevanın ispan dilinə tərcümə olunmuş “Gedim bir az ağlayım”, “Tərk edə bilmərəm heç zaman səni” və “İnanmıram” şeirlərini nəşr edib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə sətri tərcümə müəllifi – Tutuxanım Yunusova, bədii tərcümə redaktoru – tanınmış argentinalı tərcüməçi Raul Poggi Alexandrodur.

Qeyd edək ki, 2001-ci ildən nəşrə başlamış, Eduardo Espina, Monika Velaskes Qusman, Karlos Aquasako, Leonel Alvarado, Luis Benites, Viktor Koral kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırmaqla İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamış jurnal ABŞ və digər ölkələrin ali təhsil ocaqlarında əlavə dərs vəsaiti kimi tədris proqramlarına da salınır.

Jurnalının baş redaktoru – tanınmış Argentina şairi Daniel Kalabresedir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.