MƏDƏNİYYƏT


Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında

Bakı, 21 may, AZƏRTAC

Gürcüstan Milli Elmlər Akademiyasının nüfuzlu “Ukimerioni” (“უქიმერიონი”) qəzeti tanınmış Azərbaycan şairi, ABŞ xeyriyyə cəmiyyətinin “Ömür açarı” mükafatı və Puşkin adına “Qızıl medal”ın laureatı Leyla Əliyevanın “Qaçırıq, uçuruq, tələsirik”, “Zaman”, “Mağazalar və restoranlar”, “Göz yaşları” kimi şeirlərinə geniş yer ayırıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şeirləri gürcü dilinə tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili tərcümə edib.

Qeyd edək ki, 30 illik fəaliyyəti dövründə qəzet, mütəmadi olaraq tanınmış dünya ədiblərinin yaradıcılığına yer ayırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.