CƏMİYYƏT


“Leyli və Məcnun” əsəri ilk dəfə olaraq səhnələşdirilib

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Gənclər Mərkəzi “Nizami Gəncəvi ili” ilə əlaqədar start verdiyi silsilə layihələr çərçivəsində dahi şairin “Leyli və Məcnun” əsərini səhnələşdirib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tamaşa Bakı Gənclər Mərkəzinin “SəhnədəSən” aktyorluq klubunun istedadlı gəncləri tərəfindən ilk dəfə dialoq formasında səhnələşdirilib.

Böyük mütəfəkkir Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə”sinə daxil olan, ülvi, saf və təmiz məhəbbəti təcəssüm etdirən bu əsər əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayıb.

Tamaşanı https://youtu.be/e5tVljuQrcI keçidi vasitəsilə izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.