MƏDƏNİYYƏT


“Leyli və Məcnun” operası yenidən səhnədə

“Leyli və Məcnun” operası yenidən səhnədə

Bakı, 11 mart, AZƏRTAC

Martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, operada Əməkdar artistlər Rəvanə Əmiraslanlı, Elnur Zeynalov, Təyyar Bayramov, Cahangir Qurbanov və başqaları çıxış edəcəklər.

Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarında ilk dəfə səhnəyə qoyulub. Dahi bəstəkarın bu əsəri 115 ildir ki, teatr səhnəsində nümayiş olunur.

Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.