İDMAN


“Leyptsiq” klubu yeni baş məşqçisinin adını açıqlayıb

Bakı, 29 aprel, AZƏRTAC

Almaniyanın “Leyptsiq” futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Bundesliqa təmsilçisini cari mövsüm başa çatdıqdan sonra Avstriyanın “Zalsburq” komandasının baş məşqçisi Cessi Marş çalışdıracaq. Amerikalı mütəxəssislə 2023-cü ilin iyununadək müqavilə imzalanıb. O, iyulda “Bavariya”ya keçəcək Yulian Naqelsmannı əvəzləyəcək.

Qeyd edək ki, C.Marş 2019-cu ildən “Zalsburq”u çalışdırır. Qırx yeddi yaşlı mütəxəssis bundan əvvəl “Leyptsiq”də baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.