REGİONLAR
Leysan yağışı Tovuzda bir sıra fəsadlar törədib
Tovuz, 10 iyun, Famil Quliyev, AZƏRTAC
İyunun 10-da səhər saat 06:30 radələrindən başlayaraq 20 dəqiqə davam edən leysan yağışı Tovuzda bir sıra fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, leysan əsasən rayon mərkəzinə düşüb. Yağışın nəticəsində piyada və avtomobil keçidlərinə su dolub. Avtomobil keçidində qalan bir nəqliyyat vasitəsi oradan çıxarılıb. Rayon mərkəzinin bəzi istiqamətlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub.
Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.
Leysan yağışı rayon mərkəzinə düşdüyü üçün kənd təsərrüfatına ciddi ziyan dəyməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]