DÜNYA


Leysan yağışları Çində yeddi nəfərin ölümünə səbəb olub

Bakı, 4 iyul, AZƏRTAC

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində davam edən leysan yağışları və onun fəsadları, o cümlədən torpaq sürüşməsi və daşqınlar 7 nəfərin ölümünə səbəb olub, habelə daha yeddi nəfər zərər çəkib. Əyalətin hökumət orqanları 18 min sakini təxliyə etmək məcburiyyəti ilə qarşılaşıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Sıçuan əyalətində ötən həftədən başlamış yağışlar əyalətin qərb və şimal-qərb rayonlarında 64 geoloji fəlakətə səbəb olub. Əlverişsiz hava şəraiti kənd təsərrüfatı sektoruna təsir edib, habelə məktəb binalarını, yolları su basıb. Təbii fəlakətin birbaşa iqtisadi zərəri 159 milyon yuan (təxminən 23,8 milyon dollar) qiymətləndirilir.

Əlverişsiz hava şəraitindən Çinin Şensi əyaləti də zərər çəkib. Bu ərazidə 16,6 min nəfərdən çox insan yaşayır. İnsanlar təxliyə olunur. Hazırda 290 nəfər təhlükəsiz yerə köçürülüb. Şensidə iqtisadi zərər 35 milyon yuan (5,2 milyon dollar) hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.