CƏMİYYƏT


Leytenant Emin Hüseynov: Cəbrayılın azad edilməsi düşmən üçün ağır məğlubiyyətin başlanğıcı oldu

Bakı, 4 oktyabr, AZƏRTAC

Düşmən təxribatının qarşısını almaq üçün sentyabrın 27-də komandanlığımızın əmri ilə ayrılmış müvafiq hərbi texnikalar vasitəsilə Cəbrayıl istiqamətində əks-hücum əməliyyatına başladıq. Cəbrayılda Arazqırağı, Lələtəpə tərəfdə düşmənin təxribatının qarşısını almaq istiqamətində aparılan hərbi əməliyyat çox uğurla yekunlaşdı. Həmin döyüşlər nəticəsində Cəbrayıl şəhəri azadlığına qovuşdu. Qələbələrimiz davam etdi və ardıcıl olaraq Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın düşmən tapdağından azad edildi.

Bu barədə AZƏRTAC-a müsahibəsində Vətən müharibəsində Cəbrayıl şəhərinin işğaldan azad olunmasında iştirak etmiş leytenant Emin Hüseynov deyib.

Əslən Beyləqandan olan Emin Hüseynov qeyd edib ki, Cəbrayıl azad edildikdən sonra qruplar şəkilində Füzuli istiqamətinə irəliləyiblər: “Cəbrayılın azad edilməsi düşmən üçün ağır məğlubiyyətin başlanğıcı oldu. Rəşadətli Ordumuz irəlilədikcə, düşmən mövqelərini qoyub qaçırdı. Hədəfimiz, məqsədimiz bəlli idi və sonacan gedib həsrətində olduğumuz Zəfərə nail olmaq. Düşmən isə biabırçı məğlubiyyətlə barışmalı oldu. Haqq-ədaləti öz gücümüz, canımız, qanımız bahasına bərpa etdik. Otuz ildən sonra əzəli və əbədi torpaqlarımıza qovuşduq. Vətən müharibəsində iştirak etdiyim və qalib Ordunun zabitlərindən biri olduğum üçün qürur duyuram. Komandanlığımızın göstərişini əməl etmək və onların başını uca etmək bizim borcumuzdur. Ali Baş Komandanımıza və bizə düzgün komanda verən rəhbərliyimizə minnətdarlığımızı bildirirəm”, - deyə leytenant vurğulayıb.

Qeyd edək ki, Füzuli, Cəbrayıl, Şuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçumuz Emin Hüseynov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, eləcə də “Cəsur döyüşçü” və “Vətən müharibəsi” iştirakçısı medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.