İDMAN


“Libertadores” kuboku finalının cavab matçı Madriddə keçiriləcək

Bakı, 30 noyabr, AZƏRTAC

“Libertadores” kuboku uğrunda Argentinanın “River Pleyt” və “Boka Xuniors” klubları arasında final matçının cavab görüşü İspaniyanın paytaxtı Madriddə keçiriləcək.

AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər ki, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) görüşün Argentinanın hüdudlarından kənarda keçiriləcəyini açıqlayandan sonra oyuna ev sahibliyi ilə bağlı bir neçə şəhərdən təklif irəli sürülüb.

Uzun müzakirələrdən sonra CONMEBOL rəhbərliyi matçın Madriddə oynanılmasına dair qərar qəbul edilib. Beləliklə, cavab qarşılaşması dekabrın 9-da Madridin “Real” klubunun “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Hər iki klubun azarkeşlərinə matçda iştirak etməyə icazə verilib. Final görüşünü ispaniyalı referi idarə edəcək.

Qeyd edək ki, iki komanda arasında noyabrın 11-də “Alberto Armando” stadionunda keçirilən ilk matçda qalib müəyyənləşməyib - 2:2. Daha əvvəl cavab görüşü azarkeşlərin hücumu ilə əlaqədar təxirə salınıb. Bundan sonra hüquq-mühafizə orqanları “Libertadores” kubokunun cavab matçında təhlükəsizliyi təmin etməkdən boyun qaçırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.