İDMAN


Libertadores kubokunun oyunu kütləvi dava ilə yekunlaşıb

Bakı, 10 may, AZƏRTAC

Libertadores kubokunun qrup mərhələsində Argentinanın “Godoy Kruz” və Çilinin “Universidad de Koncepcion” komandaları arasında keçirilmiş oyun kütləvi dava ilə yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb baş hakim Vilton Sampayonın iki qırmızı vərəqə göstərməsi olub. O, meydan sahiblərindən Fabian Enrikesi, qonaq komandadan isə Patrisio Rubionu meydandan qovub.

“Godoy Kruz” 1:0 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi pley-off mərhələsinə yüksəlib. “Universidad de Koncepcion” isə qrup sonuncusu olub.

Qeyd edək ki, bu ildən final bir oyundan ibarət olacaq və əvvəldən müəyyənləşdirilmiş stadionda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.