REGİONLAR


“Lider” komandası Cəlilabadda keçirilən “Xəmsə” milli intellektual bilik yarışmasının qalibi olub

Cəlilabad, 29 aprel, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində pandemiya qaydalarına riayət olunmaqla gənclər arasında "Xəmsə" milli intellektual oyunu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışmasından əvvəl iştirakçılar Mərkəzin məzunu olmuş Vətən müharibəsi şəhidləri üçün hazırlanmış guşənin önünə gül dəstələri düzərək, 44 günlük müharibədə şəhidlik zirvəsinə ucalanların xatirəsini ehtiramla yad ediblər.

İntellektual oyunda dörd komanda qalib adı uğrunda mübarizə aparıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin “Lider” komandası bilik yarışmasının qalibi olub.

Qaliblərə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin diplomları təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.