CƏMİYYƏT
“Liderlik” mövzusunda onlayn seminar keçirilib
Bakı, 26 may, AZƏRTAC
“Azərbaycan İdman Könüllülüləri” İctimai Birliyinin və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Liderlik” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlimçi Nərmin Davidli gənclərə liderlik haqqında doğru bilinən yanlışlıqlar, liderlik xüsusiyyətini inkişaf etdirən metodlar və avtoritar, demokratik və liberal liderlik anlayışları haqqında ətraflı məlumat verib.
Təlimdə uğurlu lider olmaq üçün vacib amillərdən danışılarkən, komandada motivasiyanın qurulması, əməkdaşın fəaliyyətinin nəticələrinin ölçülməsi və hədəflərin müəyyən edilməsi, həmçinin iş qrupunu real komandaya çevirmək texnikasının və şəxslərarası kommunikasiyanın düzgün qurulmasının önəmi vurğulanıb.
“Liderlik” mövzusunda təlim gənclər tərəfindən böyük maraqla qarşılanıb.