CƏMİYYƏT


“Liderlik və qadınların iqtisadi gücləndirilməsi” mövzusunda onlayn vebinar keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi “USAID Azerbaijan”ın təşkilatçılığı ilə “Liderlik və qadınların iqtisadi gücləndirilməsi” mövzusunda onlayn vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, Qadın İqtisadi Səlahiyyətləndirmə Mərkəzinin Baş Proqramının nümayəndəsi Connie Gonzales və USAID Azerbaijan”ın nümayəndəsi Şəlalə Kamilova vebinar zamanı qadınların iqtisadi rollarının və liderlik bacarıqlarının gücləndirilməsinə dair təcrübələrini və biliklərini bölüşüb.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Assosiasiyanı təmsil edib və qadınların iqtisadi gücləndirilməsi haqqında müşahidələrini vebinar iştirakçılarının nəzərinə çatdırıb. Bundan əlavə, qadınların iqtisadi səlahiyyətləndirilməsi yönündə yeni strategiyaların hazırlanması üçün assosiasiya tərəfindən beynəlxalq təcrübələrin araşdırıldığı qeyd edilib.

Vebinarda ölkənin müxtəlif regionlarından olan AQSİA üzvü sahibkar qadınlar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.