İDMAN


“Lill” klubu PSJ-ni məğlub edərək Fransa Super Kubokunun qalibi olub

Bakı, 2 avqust, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, görüşdə son çempion “Lill” və bürünc mükafatçı Paris Sen-Jermen” (PSJ) klubları qarşılaşıb.

Gərgin keçən görüşün taleyini bir qol həll edib. Matçın 45-ci dəqiqəsində "Lill" klubunun yarımmüdafiəçisi Şeka fərqlənərək komandasına yeni mövsümdə ilk kuboku qazandırıb. Beləliklə, “Lill” klubu ilk dəfə Super Kubokun qalibi olub.

Qeyd edək ki, ötən mövsümdə 83 xal toplayan "Lill" klubu tarixində dördüncü dəfə Fransa çempionu adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.