SİYASƏT


Lima şəhərinin məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

Vaşinqton, 30 may, AZƏRTAC

Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Mirafloresdə yerləşən “Mellizo Villena Rey” körpüsü mayın 28-də Azərbaycanın Müstəqillik Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, həmçinin körpünün üzərində “Azərbaycan - Müstəqillik Günü” yazısı əks olunub.

Dostluq və sevgi rəmzi olan körpü paytaxt Limanın iki mərkəzi Miraflores və Barranko rayonlarını birləşdirir.

Azərbaycan bayrağının rənglərinə bürünmüş körpü gecə boyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.