İDMAN


“Linfild”-“Qarabağ” oyununun hakimləri müəyyənləşib

Bakı, 18 avqust, Nicat Məmmədov, AZƏRTAC

Şimali İrlandiyada “Linfild” və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının “pley-off” matçının bütün hakimləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, avqustun 22-də Belfastdakı “Windsor Park”da təşkil olunacaq qarşılaşma isveçrəli hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Sandro Sxarer olacaq. Ona Stefan De Almeyda və Bekim Zoqay kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək. Hakim-inspektor Vlado Svilokos (Xorvatiya), UEFA nümayəndəsi isə Mikael Zaltser (İsveç) olacaq.

Qeyd edək ki, cavab görüşü avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.