CƏMİYYƏT


Lionda ÜST Akademiyasının tikintisinə başlanılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Fransanın Lion şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Akademiyasının təməlqoyma mərasimi keçirilib. Akademiyanın yaradılması planetdə tibb sahəsinin perspektivdə vəziyyətinin yaxşı tərəfə dəyişməsinə səbəb olacaq hadisədir. Burada dünyanın müxtəlif ölkələrindən olan milyonlarla tibb işçisinin əyani və distant şəkildə əlavə təhsil alması planlaşdırılır. Mərasim Fransa Prezidenti Emmanuel Makron və ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus keçiriblər.

Akademiya Lionda, “Gerland” Biotexnoloji Tədqiqatlar Mərkəzinin ərazisində yerləşəcək. Beynəlxalq Xərçəng Xəstəliklərinin Araşdırılması Mərkəzi, həmçinin “Sanofi” kimi əczaçılıq qrupları da bu şəhərdə fəaliyyət göstərir.

AZƏRTAC ÜST-nin saytına istinadla xəbər verir ki, Akademiyanın yaradılması səhiyyə sahəsi işçiləri, ictimai səhiyyə sisteminin rəhbərləri, vəzifəli şəxsləri, pedaqoqlar, tədqiqatçılar və siyasətçilər, öz evində və ya icmasında tibbi yardım göstərən hər kəs, eləcə də ÜST və BMT-nin dünyanın hər bir yerində çalışan əməkdaşları üçün mühüm sahələrdə təhsili daha əlçatan etmək məqsədi daşıyır.

Akademiyanın yüksəktexnoloji binasının Liondakı biotexnologiyalar məhəlləsində tikintisi Fransa hökumətinin, Overn-Ron-Alp regionunun, Lion metropoliyasının və Lion şəhərinin dəstəyi sayəsində mümkün olub. ÜST Akademiyası yeni kampusun bazasında səhiyyə sahəsində ali dərəcəli təhsilin və elmi cəhətdən əsaslandırılmış yeni tövsiyələrin bütün dünyada əlçatanlığını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.