İDMAN
Lionel Messi Argentina yığması ilə bağlı verdiyi qərarını dəyişib
Bakı, 13 avqust, AZƏRTAC
İspaniyanın Barselona klubunun ulduz futbolçusu Lionel Messi Argentina yığması ilə bağlı verdiyi qərarını dəyişib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ulduz futbolçunun meneceri açıqlama yayıb.
Verilən açıqlamada futbolçu bildirib: “Argentina futbolunda problemlərin çox olmasını nəzərə alıram. Bunun üçün də əlavə problem yaratmaq istəmirəm. Hər zaman oynadığım futbolla milli komandaya yararlı olmağa çalışmışam. Bundan sonra da Argentina yığmasında problemlərin həll olunması üçün əlimdən gələni edəcəyəm. Mənim milli komandaya qayıtmağımı istəyənlərə təşəkkür edirəm. Ümid edirəm ki, onları sevindirmək üçün lazım olan hər şeyi edə biləcəm”.
Qeyd edək ki, ulduz futbolçu bu il ABŞ-da keçirilən Amerika Kuboku yarışlarının final görüşündə Çili yığması ilə qarşılaşmada məğlubiyyətdən sonra Argentina komandasındakı karyerasını başa vurduğunu bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]