İDMAN
Lionel Messi “El-Klassiko”da iştirak edə bilməyəcək
Bakı, 21 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
İspaniya çempionatının 9-cu turunda “Sevilya” ilə görüşdə “Barselona”nın əsas qol silahı sayılan Lionel Messi zədələnərək meydanı erkən tərk edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 31 yaşlı hücumçu 16-cı dəqiqədə qonaq komandanın oyunçusu Franko Vaskeslə toqquşaraq yerə yıxılıb. Nəticədə onun sağ qolu əzilib. Leo oyunu davam etdirə bilməyib və əvəzlənib. Ulduz futbolçu qolunda güclü ağrı olduğunu gizlətməyib. Messi stadiondan dərhal xəstəxanaya aparılıb və orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.
Lionel Messi oktyabrın 28-də “Real Madrid”lə, noyabrın 4-də “Rayo Valekano” ilə keçiriləcək oyunları, həmçinin Çempionlar Liqasında oktyabrın 24-də və noyabrın 6-da “İnter”ə qarşı keçiriləcək hər iki matçı buraxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- 20.04.2024 [11:58]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
- 20.04.2024 [11:33]