İDMAN


Lionel Messi FIFA tərəfindən ilin ən yaxşı futbolçusu adına layiq görülüb

Sürix, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də FIFA “İlin ən yaxşıları“ müsabiqəsi üzrə qaliblərin adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Milan şəhərində keçirilən qala gecəsində ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə yeddi nominasiya üzrə mükafatlar təqdim olunub.

FIFA-nın prezidenti Canni İnfantino üç namizəd - Lionel Messi, Kriştiano Ronaldo, Vircil van Deyk kişi futbolçular arasında “The Best FIFA Football Awards“ mükafatının qalibinin adını elan edib. Səsvermənin nəticələrinə əsasına, İspaniyanın “Barselona” futbol klubunun kapitanı, argentinalı dünya ulduzu Lionel Messi bu mükafata layiq görülüb. Bununla da o, altı dəfə bu mükafatı qazanan ilk futbolçu kimi tarixə düşüb.

İngiltərənin “Liverpul” futbol komandasının baş məşqçisi Yürgen Klopp isə ən yaxşı baş məşqçi nominasiyasında Pep Qvardiola (“Mançester Siti”) və Maurisio Poçettinonu (“Tottenhem”) qabaqlayıb.

Qeyd edilməlidir ki, FIFA-nın ən yaxşıları nominasiyalarında qaliblər azarkeşlər və dünyanın 200 aparıcı media təmsilçisi (səslərin 50 faizi) və milli futbol komandalarının aparıcı oyunçuları və məşqçiləri (səslərin digər 50 faizi) tərəfindən səsvermə əsasında seçilir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Sürix 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.