İDMAN


Lionel Messi Keniyaya yardım kampaniyasına dəstək olub

Bakı, 23 fevral, AZƏRTAC

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi Keniya üçün başladılan yardım kampaniyasına dəstək olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu UNICEF-in Keniyada su və ərzaq tədarükü üçün başlatdığı kampaniyaya 200 min avro bağışlayaraq dəstək olub. Kampaniya çərçivəsində uşaqlar da daxil olmaqla, 2 mindən artıq insanın evində və məktəblərdə su problemi həll olunacaq. Bundan başqa, 4 min insanın qida probleminin də həll olunacağı bildirilib.

Qeyd edək ki, Keniyada hazırda 58 min insan su və qida azlığından əziyyət çəkir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.