İDMAN


Lionel Messi La Liqada 400-cü qolunu vurub

Bakı, 14 yanvar, AZƏRTAC

“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi La Liqanın 19-cu turunda “Eybar”la oyunun 53-cü dəqiqəsində rəqib komandanın qapısına yol tapmaqla İspaniya çempionatında 400-cü qolunu vurub.

AZƏRTAC “Barselona”nın saytına istinadla xəbər verir ki, 31 yaşlı futbolçu İspaniya çempionatlarında meydana çıxdığı 435 oyunda 400 dəfə fərqlənib. Onun məhsuldarlıq göstəricisi orta hesabla 0,92 faiz təşkil edir.

Messi La Liqanın 90 illik tarixində ən çox qol vuran futbolçudur. “Real Madrid”in sabiq hücumçusu Kriştiano Ronaldo 311 qol ilə siyahıda ikinci yerdədir. Siyahıda digər yerlərdə Telmo Zarra (251), Huqo Sançez (234) və Raul Qonzales (228) qərarlaşıblar.

Argentinalı forvard bu göstərici ilə həm də Avropanın beş böyük milli çempionatında ən çox qol vuran futbolçular arasında da liderdir. Belə ki, 1965-1979-cu illərdə “Bavariya”nın sabiq hücumçusu Gerd Müller 365, 1957-1971-ci illərdə “Çelsi”, “Tottenhem” və “Vest Hem”də forma geyən ingiltərəli forvard Cimmi Qrivs isə 357 dəfə fərqləniblər.

Messi karyerası ərzində “Barselona”nın heyətində indiyədək 659 oyunda 575 qol vurub və 224 məhsuldar ötürmə verib. Argentinalı futbolçu cari mövsümdə La Liqada 17 oyunda 17 dəfə adını tabloya yazdırıb.

Hücumçu Argentina millisinin heyətində 128 oyunda 65 qol vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.