İDMAN


Lionel Messi PSJ klubu ilə müqaviləni yeniləmək fikrində deyil

Bakı, 29 sentyabr, AZƏRTAC

PSJ-nin futbolçusu Lionel Messi klubu ilə müqaviləni yeniləmək fikrində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə ispan jurnalist Mikel Blasquez məlumat yayıb. O bildirib ki, argentinalı hücumçu gələn mövsüm PSJ-də oynamaq istəmir.

Qeyd edək ki, Messi 2021-ci ilin avqust ayında azad agent kimi PSJ-yə keçib. Bu mövsüm Paris klubunda 11 oyuna 6 qol, 8 məhsuldar ötürmə ilə yadda qalan 35 yaşlı futbolçunun sabiq klubu “Barselona”ya qayıdacağı haqda xəbərlər yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.