İDMAN


Lionel Messi beşinci dəfə “Qızıl Buts”un sahibi olub VİDEO

Bakı, 18 dekabr, AZƏRTAC

İspaniyanın “Barselona” klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi karyerası ərzində beşinci dəfə “Qızıl Buts”un sahibi olub.

AZƏRTAC “Barselona” klubunun “Tvitter” səhifəsinə istinadla xəbər verir ki, argentinalı hücumçu 2017-2018-ci il mövsümündə ölkə çempionatlarında ən çox qol vuran futbolçuya verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq görülüb.

Bu nominasiyada ikinci yeri İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah tutub. Misirli futbolçu cari mövsümdə rəqib qapılarına 32 dəfə yol tapıb. Üçüncü yerdə isə “Tottenhem”im hücumçusu Harri Keyn qərarlaşıb - 30 qol.

Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (37 qol) illərdə də “Qızıl Buts” mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.