İDMAN


Lionel Messi bir matç müddətinə diskvalifikasiya edilib

Bakı, 24 iyul, AZƏRTAC

Argentina yığmasının kapitanı Lionel Messi öz komandasının növbəti matçında çıxış etməyəcək. Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) argentinalıların liderini bu Konfederasiyanın ünvanına xoşagəlməz sözlər dediyinə görə cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, Amerika Kuboku yarışlarında üçüncü yer uğrunda Argentina və Çili yığmaları arasında matçda Lionel Messi Çili yığmasının yarımmüdafiəçisi Qari Medel ilə dalaşıb. Hər iki futbolçu meydandan kənarlaşdırılıb. Oyundan sonra Argentina komandası bürünc medallarla təltif edilərkən Messi bu mərasimə qoşulmayıb və KONMEBOL-u korrupsiyaya qurşanmış təşkilat adlandırıb.

Argentina Futbol Federasiyasının rəhbərliyi Messiyə təkidlə tövsiyə edib ki, bu hərəkətinə görə üzr istəsin, lakin Lionel öz sözlərini geri götürməyib. KONMEBOL Messini 1500 dollar cərimə edib və bir beynəlxalq matç müddətinə diskvalifikasiya edib. Beləliklə, 2022-ci il dünya çempionatının birinci seçim matçında Argentina yığması öz liderinin iştirakı olmadan çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.