İDMAN


Lionel Messinin burun sümüyü çatlayıb

Bakı, 11 aprel, AZƏRTAC

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasında “Mançester Yunayted”lə qarşılaşma zamanı zədələnib.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı argentinalı hücumçunun görüşün birinci hissəsində rəqib komandanın futbolçusu Smollinqin dirsəklə zərbəsi nəticəsində burun sümüyündə çat yaranıb. Həmçinin Messinin göz qapağı da zədələnib. Argentinalı hücumçunun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının dörddəbir finalında “Barselona” və “Mançester Yunayted” arasındakı cavab qarşılaşması aprelin 16-da İspaniyadakı “Kamp Nou" stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.