MƏDƏNİYYƏT


Liqa Baltina: Yusif Eyvazov dünyada tanınır və sevilir VİDEO

Paris, 8 fevral, AZƏRTAC

Yusif Eyvazovun konsertlərini həmişə izləyirəm. Onun istedadına, əsrarəngiz səsinə heyranam. Y.Eyvazov böyük tenordur, dünyanın demək olar ki, bütün operalarında konsertləri olub. O, dünyada tanınır və sevilir. Onun Paris Operasının Qavo zalında uğurlu solo konserti oldu.

Bu fikri Yusif Eyvazovun solo konsertindən sonra klassik musiqisevər Liqa Baltina AZƏRTAC-a müsahibəsində söyləyib.

“Azərbaycanı yaxşı tanıyıram. Onun azərbaycanlı tenor olduğunu bilirəm. Səs tembri unikaldır. Güclü səs, əsrarəngiz və isti çalarlar konsert zamanı həm mənəvi qida, həm də əsil istirahət oldu. Y.Eyvazov zalı ələ almağı bacarır. Zaldakı sakitlik dinləyicilərin tenora diqqətin, məhəbbətin və hörmətin göstəricisidir”, - deyə L.Baltina bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.