İQTİSADİYYAT


Lisenziya tələb edən fəaliyyətlə məşğul olan müəssisə mənfəət vergisinin ödəyicisidir

Bakı, 30 aprel, AZƏRTAC 

Hüquqi şəxs olaraq xidmət fəaliyyəti göstərən müəssisə lisenziya vasitəsilə sadələşdirilmiş vergiödəyicisi ola bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəalarına əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan müəssisə mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.