ELM VƏ TƏHSİL


Lisey məzunlarının uğurları

Bakı, 15 avqust, AZƏRTAC

2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyi bitirən məzunların hamısı qəbul imtahanlarında yüksək ballar toplayaraq nüfuzlu universitetlərə qəbul olunublar.

Bu barədə AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Liseydən məlumat verilib. Bildirilib ki, bu il təhsil müəssisəsini 183 şagird bitirib. Onlardan 50-si ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Məzunlar respublikamızın, eləcə də Türkiyə, Koreya Respublikası, Çin və digər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alacaqlar.

Xatırladaq ki, tədris ilində liseyin məzunlarından 7-si qızıl, 3-ü gümüş medalla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.