ELM VƏ TƏHSİL


Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb

Bakı, 7 iyul, AZƏRTAC

2022-2023-cü tədris ili üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nəticələrlə şagirdlərin elektron yerdəyişmə portalında “Şəxsi kabinet” vasitəsilə tanış olmaq mümkündür.

Valideynlər iyulun 15-dək şagirdlərin qəbul olduğu lisey yaxud gimnaziyanı “Şəxsi kabinet”də videotəlimatda qeyd olunduğu kimi təsdiqləməlidir. Uğur qazanmış şagirdlərin nəticələri qeyd olunan tarixədək valideynlər tərəfindən təsdiqlənmədiyi halda ləğv ediləcək. Lisey, yaxud gimnaziyaya qəbul olan və valideynlər tərəfindən təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, 10 min 499 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.