ELM VƏ TƏHSİL


Lisey və gimnaziyalara şagird qəbuluna başlanılıb

Bakı, 16 iyun, AZƏRTAC

Bu gündən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalarda təhsil almaq istəyən şagirdlər üçün qəbul imtahanları başlayıb. İmtahanlar iyun ayının 17-18-də və 21-də keçiriləcək.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, qəbul imtahanlarında 11 minə yaxın şagirdin iştirakı gözlənilir. V-IX sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında da təşkil olunur.

İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar veriləcək.

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodik göstərişləri nəzərə alınmaqla təlimata uyğun təşkil ediləcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.