ELM VƏ TƏHSİL


Liseyin məzunlarından 4-ü qızıl, 5-i gümüş medala layiq görülüb

Bakı, 10 avqust, AZƏRTAC

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunlarından 4-ü qızıl, 5-i isə gümüş medala layiq görülüb.

Liseydən AZƏRTAC-a bildirilib ki, məzunlardan Elza Qurbanova, Tural Usubov, Xəyal Həsənli və Ramil Cəbiyev qızıl, Ramal Həsənli, Fərid Əliyev, Murad Ağayev, Bilal Bilalov və Orxan Əşrəfov gümüş medalla təltif olunublar.

Təhsil ocağında təhsilin inkişafı istiqamətində səmərəli tədbirlər reallaşdırılır, uğurlu nəticələr əldə edilir. Liseyin məzunları hər il yüksək ballarla respublikamızın və xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunurlar.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Əmrlə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 112 məzun qızıl, 67 məzun gümüş medalla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.