ELM VƏ TƏHSİL
Liseylərin filiallarında şagirdlərin mənimsəmə səviyyəsinin yoxlanılması məqsədilə imtahanlar keçirilir
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-dan etibarən Fizika, riyaziyyat və informatika təmayüllü, həmçinin Kimya və biologiya təmayüllü liseylərin Quba, Şirvan, Gəncə və Şəkidə fəaliyyət göstərən filiallarında şagirdlərin tədris proqramlarının mənimsəmə səviyyəsinin yoxlanılması məqsədilə səviyyə müəyyənetmə imtahanları keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imtahanlarda şagirdlərin Azərbaycan dili, Azərbaycan tarixi, coğrafiya, ingilis dili, ümumi tarix, riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən bilikləri yoxlanılır.
Bu imtahanların il ərzində 4 dəfə keçirilməsi nəzərdə tutulur. Məqsəd şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, tədris prosesinin həyata keçirilməsində aşkar ediləcək problemlərin həlli, eləcə də şagird və müəllim heyətinin motivasiyasının artırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]