DÜNYA
Lissabonda Ailə məsələlərinə həsr edilmiş Ümumdünya Sammiti keçiriləcək
Lissabon, 11 may, AZƏRTAC
BMT-nin Əməkdə və Məşğulluqda Bərabərlik Məsələləri Komissiyasının (CITE) məlumatına görə, mayın 13-dən 15-dək Lissabonda ilk dəfə olaraq Ailə məsələlərinə həsr edilmiş Ümumdünya Sammiti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Dünya Ailə Təşkilatı (WFO), BMT-nin Tədris və Elmi Tədqiqat İnstitutu (UNITAR) və CITE tərəfindən irəli sürülmüş bu təşəbbüs ailələrin hüquq və imkanlarının genişləndirilməsi, inteqrasiyanın və bərabərliyin təmin edilməsi məsələləri üzərində cəmləşəcək.
Sammitin devizi belədir: “Heç bir ailə geridə qalmır: ailələr və yerli hakimiyyət orqanları inklüziv və ədalətli keyfiyyətli təhsili təmin etmək, hamı üçün bütün həyat ərzində təhsil almaq imkanlarını irəlilətmək üçün birlikdə çalışırlar”.
Lissabonda keçiriləcək bu görüşdə artıq 34 ölkənin iştirak edəcəyi bəllidir. Bu ölkələr Sammitdə öz universitetləri, vətəndaş cəmiyyəti təşkilatların, beynəlxalq təşkilatın və siyasi hakimiyyətin nümayəndələri ilə təmsil olunacaqlar.
2004-cü ildə BMT-nin keçmiş baş katibi Kofi Annan Beynəlxalq Ailə İlinin 10-cu ildönümünün qeyd olunmasını təklif etdi. Bu təklif ailə məsələlərinə həsr edilmiş birinci Ümumdünya Sammitinin keçirilməsinə səbəb oldu. Çində keçirilmiş həmin görüşdən sonra bu tədbir hər il Yer kürəsinin müxtəlif hissələrində təşkil olunur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon