DÜNYA


Litva Avropa İttifaqında qida məhsullarının ən ucuz olduğu ölkələr sırasındadır

Vilnüs, 20 iyul, AZƏRTAC

Ötən il qida məhsulları və alkoqolsuz içkilərin qiymətlərinin ucuzluğu baxımından Litva Avropa İttifaqı ölkələri arasında ilk beşlikdə qərarlaşıb.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının (Aİ) Statistika Agentliyi "Eurostat" yayıb.

“Eurostat”ın məlumatına görə, Aİ-də ən ucuz qida məhsulları və alkoqolsuz içkilər Rumıniya, Polşa, Macarıstan və Bolqarıstanda satılır. Bu məhsulların ən baha qiymətə satıldığı ölkələr isə Danimarka, Lüksemburq, Avstriya, İsveç və Finlandiyadadır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.