SİYASƏT


Litva Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini dəstəkləyir

Litva Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini dəstəkləyir

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri və regionda cari vəziyyət görüşün əsas müzakirə mövzusu olub. Azərbaycan ilə Litva arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhsil, humanitar və digər sahələrdə faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu qeyd edilib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, Azərbaycanın Aİ ilə əlaqələri, bu çərçivədə görülən işlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə postmünaqişə mərhələsində aparılan bərpa-quruculuq işləri, nəqliyyat kommunikasiyalarının açılması, eyni zamanda, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə həmkarını ətraflı məlumatlandırıb.

Nazir Qabrielius Landsberqis Azərbaycan ilə Litva arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd edib, bu potensialdan istifadənin vacibliyini vurğulayıb. Bölgədə enerji təhlükəsizliyi üzrə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Nazir Qabrielius Landsberqis Litvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.